Müğənni Röyanın toyundan sonra baş verən hadisələr onu bir qədər sarsıdıb. Bu, onun aylardan bəri nəzərdə tutduğu planlarının üstündən xətt çəkib. Xatırladaq ki, müğənni toy öncəsi bal ayına gedəcəyini və iki həftə müddətində həyat yoldaşı ilə birlikdə baş-başa istirahət edəcəyini açıqlamışdı. Lakin hadisələr onun düşündüyü kimi cərəyan etmədi. Yaradıcılıq planları üzündən bal ayını bir neçə günə başa vuran müğənni işlərini qaydasına qoymaq üçün Bakıya qayıtdı. Nəzərdə tutulan işlər yoluna düşdü, lakin bundan sonra o, nə bal ayını təzələmək barədə düşündü, nə də tamamlama işləri görülən albomu ilə maraqlana bildi.
Uzun müddət səhnədə və efirdə görünməyən müğənni bunun səbəbi barədə indi açıqlama vermək qərarına gəlib. Onun məlumatına görə, son bir neçə günə kimi həyat yoldaşı Anarla birlikdə xəstə imişlər: "Yaxınlarım bizim gözə gəldiyimizi söyləyirlər. Buna inansam da, bir o qədər əhəmiyyət vermirdim. Amma həmin günləri düşündükcə dəhşətə gəlirəm. Əvvəlcə mən adi soyuqlama ilə evdən bayıra çıxa bilmədim. Müalicə olunmağıma baxmayaraq, vəziyyətim gün-gündən kəskinləşməyə başladı. Bu vaxt Anar da qriplə yatağa düşdü. Ağzımın ətrafında yaralar əmələ gəldi. Kəskin soyuqlama diaqnozu ilə bir həftədən çox yataq xəstəsi olduq. Müalicələr effektini çox gec göstərməyə başladı".
Artıq hər ikisinin özünü gümrah hiss etdiyini söyləyən Röya gözdəyməyə qarşı üsullardan istifadə edir. Yəni üzərlik yandırma ənənəsinin onun qorxularını bir qədər azaltdığını de