Ana Səhifə Forum FotoAlbom Adminlə Əlaqə
Bölmeler
Saat

Teqvim
«  October 2008  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Sorğu
Saytimizin yeni goruntusu necedir?
Total of answers: 53

REKLAM




Main » 2008 » October » 7 » «Fexri ad almağım bezi hemkarlarımı yerinde otuzdurdu»
«Fexri ad almağım bezi hemkarlarımı yerinde otuzdurdu»
11:31 PM
Sənətə gələn gündən özünə çoxlu sayda fanat ordusu toplayan Aygün Kazımova, xalq artisti fəxri adını alıb. 20 ildir səhnədə olan müğənni bu adı yaradıcılığının pik nöqtəsi hesab edir. O, 1news.az saytına müsahibəsində ad almasının sevincini hələ də yaşadığını dilə gətirib.

- Ad aldığınızı ilk dəfə necə öyrəndiniz?

- Bu xəbəri evdə olan zaman öyrəndim. Təsəvvür etməzsiniz, həmin an bizim evdə səs-küydən qulaq batırdı. İftar süfrəsi arxasında əyləşmişdik, səkkizdə xəbərlər başladı. Anonslardan sonra ilk xəbər mədəniyyət sahəsində olanlara fəxri adların verilməsi oldu. Mənim adımı deyən an, azan verildi. İnanmazsınız, mən nə hala düşdüm. Əllərim-ayaqlarım titrəyirdi. Hərəkət edə bilmirdim, sanki iflic olmuşdum. Doğmalarıma dedim ki, heç nə edə bilmirəm, mənə yardım edin. Həyatımın həmin anını heç bir zaman unutmaram.

- Belə çıxır ki, ad almağınız xəbəri sizin üçün çox gözlənilməz olub?..

- Bəli. Çox həyacan keçirdim. Belə hallar insan həyatında bir dəfə olur.

- Etiraf edin ki, siz çoxdan bu ada layiq idiniz.

- Xalq sevəndə deyirlər ki, xalqın sevimlisi. Mən isə xalqın içindən çıxan müğənniyəm.

- Evdəkilərdən başqa sizi kim təbrik elədi?

- Həmin an çox həyacanlı və xoşbəxt idim ki… Hətta həmin vaxt kimlərin məni zəng edib təbrik etməsi belə yadımdan çıxmışdı.

- Bəs siz kimi təbrik etdiniz?

- Mən Brilliant xanımı, Zülfiyyəni və Faiqi təbrik elədim. Həmin gün mənə zəng edənlərin sayı-hesabı yox idi. Hətta indi sizə mobil telefonumu göstərsəm, məətəl qalarsız. Orada əlavə bir məktuba yer yoxdur.
 Xalq artisti fəxri adını alandan sonra Aygün Kazımova dəyişəcəkmi?

- Mən Aygün Kazımovanın adından heç nə deyə bilmərəm (gülür). Bəzən özüm də başa düşə bilmirəm ki, ona bu həyatda nə lazımdır. Hazırda mənim həyatımda hər şey çox harmonikdir. Ola bilsin, həyatımda çatışmayan elə fəxri ad imiş. Ad aldığım gün efirə hazırlaşırdım. Stilistim Telmana dedim ki, ruhlanmağım üçün mənə əlavə işarə lazımdır. O soruşdu nə kimi? Mən cavabında «xalq artisti fəxri adı» deyə cavab verdim. Bilirsiz, mən həyatda nəyi arzulayıramsa, mütləq reallaşır, yerinə yetir.

- İstədiyiniz bütün fəxri adları almısız- sonrası necə olacaq?

- Bu hələ başlanğıcdır! Məni hələ qabaqda sox işlər gözləyir. Fəxri ad almağım bəzi insanları yerində otuzdurdu. Bəlkə bundan sonra onlar sakitləşib, uğurlarımla barışarlar. Bəziləri hesab edir ki, mən qalmaqalı sevirəm. Əksinə, qalmaqallar məni depressiyaya salır. Naturaca dava-şavadan kənar insanam, mübahisə etməyi sevmirəm. Bəzən kimsə mənimlə mübahisə edir və həmin məsələdə mən haqlı olsam da, ona, «siz düz deyirsiz» cavabını verirəm. Sözümün canı odur ki, qalmaqal özü məni tapır. Bir də ki, ədalətsizliyə dözməmişəm, dözə də bilmərəm. Əgər kimsə yalan danışırsa, mütləq onun cavabını verirəm. Əgər həmin adamın cavabını verməsəm, halım pisləşir. Soruşa bilərsiz ki, bu mənim nəyimə lazımdır? O adam utansın ki, yalan danışır.
- Yaradılıcığınızın 20 illiyi münasibətilə nə kimi yeniliklər gözlənilir?

- Yeni albom üzərində işləyirəm. Düşünürəm ki, bu mənim ən yüksək səviyyəli toplum olacaq. Çünki bu albomun ən xırda detalı üzərində özüm işləyirəm. Bütün mahnılar məxsusi olaraq həmin albom üçün yazılıb. Təsəvvür edin, 30-40 mahnıdan yalnız 10 dənəsini albom üçün seçməliyəm. Bu mahnıların hamısı isə hitə çevriləcək. Həmişə müğənnilər alboma bir, ən yaxşı halda iki hit mahnı salırlar, qalanlarını isə belə də… Albomdakı 10 mahnının hamısı yüz faiz hitə çevriləcək. Albom Allah qoysa, Yeni ildə işıq üzü görəcək. Toplu Bakıda yox, başqa ölkədə çıxarılacaq. Fotossesiyam artıq hazırdır, amma ora bir neçə dənə təzə şəkil əlavə etməyi düşünürəm.

- «Xeyir ola» verilişi yetərincə vaxtınızı alır. Bu layihə nə zamana qədər davam edəcək?

- Əksinə, həmin verilişin sayəsində yuxudan tez oyanıram və bir çox işlərimi vaxtında həyata keçirirəm. Əvvəllər yuxudan oyanıb, qızımı dərsə yola salırdım, sonra bekarçılıqdan yenə yatırdım. Amma indi bütün işlərim qrafiq üzrə gedir. Bildiyiniz kimi, başım «Yeni ulduz» layihəsinə qarışıb, seçim turları davam edir.

- Bir nömrəli yaraşıqlı qadını olmaq asandır?

- Vallah, mən özümü bir nömrəli hesab etmirəm. Yeri gəlmişkən, saçlarımı rəngləmişəm. Xarici görkəmimdə köklü dəyişiklik gözlənilmir, amma əməlli-başlı kilo vermək niyyətindəyəm.
Category: Şou-Biznes | Views: 612 | Added by: abu201 | Rating: 0.0/0 |
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

İstifadeçi Paneli
Statusunuz "Guests"

Retingli Xeberler
[2008-10-07][Xəbərlər]
İlham Eliyev Baba olub... (0)
[2008-10-08][Web Master]
Video derslik Adobe Photoshop (1)
[2008-10-24][Şou-Biznes]
ATV Nane (1)
[2008-09-23]
VASMOY UWAQLARI (2)
[2008-10-08][Video]
DYP Kameraları (1)
[2008-10-26][İslam]
Hedisler (0)
[2008-09-23]
BOMBA OGLANLAR (0)
[2008-12-17][Şekil]
MEHEMMMED (1)
[2008-10-08][Musiqi]
Çingiz Mustafayev - Vətən Zəfəri (0)
[2008-09-22]
Adminle Elaqe (5)

Sayt Dostları
Statistika
top.SUMQAYIT

Son Qeydiyyatlılar
  • temen123
  • gari
  • margesic
  • waxirewion
  • maxynewsic
  • moneymakerr911
  • mopant
  • yupiter
  • Agmat
  • zilaho1979

  • ONLINE
    Total online: 1
    Guests: 1
    Users: 0

    Copyright © 2008. Free web hostinguCoz
    Все права не нарушены
    Created & Design By : Los&AzNax
    ВНИМАНИЕ! Автор данного сайта не несет ответственность за использование ресурсов доступных на этом сайте. Вся информация дана, исключительно, в ознакомительных целях, все права принадлежат авторам!