Ana Səhifə Forum FotoAlbom Adminlə Əlaqə
Bölmeler
Saat

Teqvim
«  October 2008  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Sorğu
Saytimizin yeni goruntusu necedir?
Total of answers: 53

REKLAM




Main » 2008 » October » 7 » Faiq Ağayevden aile heyatı ile bağlı şok açıqlamalar
Faiq Ağayevden aile heyatı ile bağlı şok açıqlamalar
11:38 PM
Faiq Ağayevdən ailə həyatı ilə bağlı şok açıqlamalar
Xalq artisti bəyanat yaydı
“Həyat yoldaşım Nigardan rəsmən 2006-cı il fevralın 17-də boşanmışam”


“Böyük əfsusluq və kədər hissi ilə bəyan edirəm ki, ailə həyatıma son qoymağa məcburam. Uzun zamandır ki, qaynım İsmayılov Rüfət Əli oğlunun bədxah səyləri nəticəsində həyat yoldaşım Nigarla aramızda səngiməyən mübahisələr baş verirdi.
Məhz buna görə mən 17 fevral 2006-cı il tarixində həyat yoldaşımdan rəsmən boşandım. Lakin boşanmağa razılıq verən Nigar bir ay sonra qərarını səhv sayaraq, yenidən birgə yaşamağımızı məndən israrla rica etdi. Münasibətlərimizi davam edərək, 2 ilə yaxın yenidən sıcaq ailə həyatı yaşadıq. Bu 4 il ərzində ailə həyatımı qorumaq üçün Rüfətin xaricdə yaşamağını qaynanam və yoldaşımın xahişi ilə maliyyə cəhətdən təmin etdim”.
Bu açıqlama ilə Azərbaycanın xalq artisti Faiq Ağayev keçmiş qaynı Rüfət İsmayılovun bu günlərdə yerli mətbuata bacısı Nigarın ondan boşanması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə dediklərinə cavab olaraq çıxış edib: “8 ilə yaxın ilk olaraq Hollandiya, sonra isə Almaniyada qeyri-leqal yaşayan, hansı məzhəbə qulluq etməsi bəlli olmayan, tüfeyli, sərsəri həyat tərzi keçirən Rüfət cari ilin əvvəllərində Almaniyanın dövlət qurumlarının qəti təzyiqi nəticəsində məcburən Azərbaycana dönməli oldu. Qayıtdıqdan dərhal sonra o, problemlərini (həqiqi hərbi xidmətdən yayınmaq, müstəqil həyat üçün mənzil və avtomobil ilə təmin olunmaq, işləməyərək məndən stabil aylıq məvacib almaq) həll etməkdən ötrü dəfələrlə anası Dilbər xanım və həyat yoldaşım Nigar vasitəsilə mənə qarşı sərt, arsız tələblər irəli sürdü. Məsələni çözmək üçün ailə qurduğum gündən bəri üzünü görmədiyim, qaynanam Dilbər xanımdan boşanan və hal-hazırda Rusiya Federasiyasında yeni ailəsi ilə yaşayan qayınatam Əli müəllimlə görüşmək istədim. Lakin bu niyyətim baş tutmadı.
Bezib, təngə gələrək Rüfətin tələb və təzyiqlərinə rədd cavabı verdim. Kəskin “qardaş-ər” seçimi qarşısında qalan Nigar məsələni həll etmək üçün məndən müvəqqəti olaraq anası və qardaşı ilə kirayə tutulan evdə birgə yaşamaq iznini aldı. Bu zaman ərzində Rüfət mənə təsir etməkdən ötrü hər vəchlə mətbu orqanlarına həqiqətə uyğun olmayan məlumatların, şayiələrin sızıntısını bilərəkdən təşkil etdi. Ailə həyatım intriqa və pul, var-dövlət davası üzərində yox, qarşılıqlı məhəbbət və sayğı-hörmət üzərində qurulduğunu əsas tutaraq, 4 il valideynlərimə yaxşı gəlin, mənə sadiq dost və vəfalı ömür-gün yoldaşı olan Nigarla məsləhətləşib, ailə münasibətlərimizə son qoymaq qərarına gəldik. Bu addımı atmaq, doğma, əziz yuvamı - ailəmi dağıtmaq
mənə çətin, iztirablı və ağır oldu...”
 
Xalq artisti son olaraq baş verən bu hadisələrin əsl qaynağı, real səbəbi olan iki məqama xüsusilə toxunub: “Rüfətin birinci istəyi bir neçə gün bundan əvvəl müğənni Kərimin ailəsində onun qəsddən etdiyi iyrənc addımları nəticəsində baş verən və böyük, səmimi qardaş təəssüfümə səbəb olan olaylardan ictimaiyyətin diqqətini daha böyük bir skandalla – Faiq-Nigar cütlüyünün ayrılması faktı ilə yayındırmaq və Rüfət-Kərim qalmaqalını ört-basdır etmək, digər məqsədi isə bu günlərdə Azərbaycanın ali fəxri adı - respublikanın xalq artisti adını aldığımdan dərhal sonra 20 il ərzində halalcasına qazandığım nüfuza xələl gətirmək, mənə şər və böhdan ataraq, ləkə yaxaraq Azərbaycan millətinin gözündən salmaqdır. Rüfətin bu riyakar, çirkin, haram hərəkətləri nəticəsində Kərim-Təranə, Faiq Ağayev - Nigar cütlüklərinin ailə həyatına amansız, qəddarcasına son qoyuldu! Bədxahlarım dostları Rüfətin əli ilə xoşbəxt həyatıma, ailə səadətimə qənim kəsildilər! Allah cəzalarını versin! Bu bəyanatım – yeganə, qəti və son mövqeyimdir. Mövzuya bir daha qayıtmaq niyyətində deyiləm”.
Category: Şou-Biznes | Views: 642 | Added by: abu201 | Rating: 0.0/0 |
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

İstifadeçi Paneli
Statusunuz "Guests"

Retingli Xeberler
[2008-10-07][Xəbərlər]
İlham Eliyev Baba olub... (0)
[2008-10-08][Web Master]
Video derslik Adobe Photoshop (1)
[2008-10-24][Şou-Biznes]
ATV Nane (1)
[2008-09-23]
VASMOY UWAQLARI (2)
[2008-10-08][Video]
DYP Kameraları (1)
[2008-10-26][İslam]
Hedisler (0)
[2008-09-23]
BOMBA OGLANLAR (0)
[2008-12-17][Şekil]
MEHEMMMED (1)
[2008-10-08][Musiqi]
Çingiz Mustafayev - Vətən Zəfəri (0)
[2008-09-22]
Adminle Elaqe (5)

Sayt Dostları
Statistika
top.SUMQAYIT

Son Qeydiyyatlılar
  • temen123
  • gari
  • margesic
  • waxirewion
  • maxynewsic
  • moneymakerr911
  • mopant
  • yupiter
  • Agmat
  • zilaho1979

  • ONLINE
    Total online: 1
    Guests: 1
    Users: 0

    Copyright © 2008. Free web hostinguCoz
    Все права не нарушены
    Created & Design By : Los&AzNax
    ВНИМАНИЕ! Автор данного сайта не несет ответственность за использование ресурсов доступных на этом сайте. Вся информация дана, исключительно, в ознакомительных целях, все права принадлежат авторам!