Ulu Tanrım, sən heç bir gülü bülbülə, bülbülü isə gülə həsrət qoyma... Həyat adlı ömür yolunda hərəmizin qismətinə düşən bir tale var. Elə buna görə də həyat hər birimizi eyni dərəcədə münasibət bəsləyə bilməz. Bəziləri bəxtəvərliyindən şükür edə bilər, bəziləridə bu dünyanın faniliyindən, vəfasızlığından şikayətlənə bilər. Bəli, mən də həyatda sənə rast gəldiyimə görə, səni sevdiyimə görə bunu bəxtəvərlik sayıram və Ulu Tanrıya şükr edirəm. Ancaq eyni zamanda bu dünyanın vıfasızlığından şikayət edirəm. Niyə? Ona görə ki, sənsiz yaşaya bilmirəm.... Səni ömür yollarıma, ömür qismətimə insafsız təsadüf gətirdi. Mənə əzab, ömürlük kədər vermək üçün sakit təbiətimə, rahat həyatıma narahatlıq toxumu səpdin. Təkliyə, tənhalığa, yuxusuzluğa bələnmiş günlərim, anlarım, qəm-qüssəyə yükləndi. Tək idim, gizli məhəbbətimlə, fikirlərimlə, xəyallarımla. Sirrim ancaq özümə bəyan idi. Səni sevdiyim üçün xoşbəxt idim. Ancaq səndən ayrı yaşadığım üçün bunu tam xoşbəxtlik saymıram. Eşidəndə ki, sən də öz səadətini, öz xoşbəxtliyini tapa bilməmisən, səssiz göz yaşları sıçradı gözümdən. Ağlayırdımmı? Xeyr... Gülürdümmü???? Sevinirdimmi??? Bilmirəm. Amma səni çox sevirəm. Eşqin cəhənnəmində yandıqca yanıram. Göyə baxdıqca sənə yetişməyəcəyimi, günəş batınca doymayacağımı, anlayıram. Yağış yağınca sənin üçün ağladığımı, səni xatırlayınca unutmayacağımı anlayıram. Niyə beləyəm??? Bilmirəm... ancaq bircə onu bilirəm ki, mənim dincliyimdə, narahatlığım da sənsən.... Bağışla sevgilim, bağışla məni, Əzəldən tanıya bilmədim səni.... Hər zaman səninlə olan, amma heç zaman sənin olmayan sevgilin.........
|